“Ermənistan Rusiya hərbi bazasının genişləndirilməsini istəyir”
“Ermənistan tərəfi Rusiyanın Gümrüdə yerləşən 102 saylı hərbi bazasının genişləndirilməsində və potensialının artırılmasında maraqlıdır”.
Bu barədə Ermənistanın müdafiə naziri Vaqarşak Arutyunyan “RİA Novosti”yə müsahibəsində bildirib.
“Rusiyanın Ermənistandakı hərbi bazasının genişləndirilməsi və gücləndirilməsi məsələsi daim gündəmdə olub və baza bütövlükdə Ermənistan və Rusiya Silahlı Qüvvələrinin Birgə Qoşun Birləşməsinin bir hissəsi olduğu üçün Ermənistan tərəfi də hər zaman bunda maraqlı olub. Buna görə bazanın imkanlarının genişləndirilməsi öz növbəsində Qafqaz kollektiv təhlükəsizlik bölgəsində ikitərəfli əsasda fəaliyyət göstərən ortaq qrupun potensialının artırılmasına səbəb olur”,- deyə Arutyunyan qeyd edib.
Arutyunyan bu istiqamətdə Rusiya Müdafiə Nazirliyinin bölgədəki mövcud hərbi və siyasi reallıqları nəzərə aldığını və bazanın möhkəmləndirilməsi və yenidən təchiz edilməsi istiqamətində düzgün addımlar atdığını deyib. O, bu prosesin uzunmüddətli olacağına ümid etdiyini bildirib.
Oxşar xəbərlər
Əsədin devrilməsindən sonra Rusiyanın Suriyadan ge...
Son Xeberler
Ermənistanda rusiyalı hərbçinin meyiti tapıldı
Son Xeberler
“Rusiya Ermənistana silahlanmada kömək edir” -
Son Xeberler
Daha bir hərbi əsir Azərbaycana qaytarıldı
Son Xeberler
Ermənistan sülh istəyir
Son Xeberler
40 ölkə Rusiya peyvəndini almaq istəyir
Son Xeberler