04.11.2020 11:28
6
abunə
335
Ermənistanda döyüşə getməyənlərin uşaqları girov saxlanılır

Ermənistanda yeni doğulan uşaqlara şəhadətnamə yalnız atalarının könüllü cəbhəyə getməsi şərti ilə verilir, üstəgəl uşaq və analar xəstəxanada girov saxlanılır.

Bu barədə erməni vəkil Robert Ayrapetyan sosial şəbəkə hesabında yazıb.

O qeyd edib: “Hər dəqiqə vətənpərvərlikdən danışanlar, zəif xalqımıza qarşı ikiüzlülükdən başqa bir şey etmirsiniz. Övladları dünyaya gəldikdən bir gün sonra insana necə deyə bilərsən ki, doğum haqqında şəhadətnaməni yalnız atanın cəbhəyə könüllü getməsi və bunu təsdiqləyən sənədin gətirilməsi şərti ilə veriləcək.

Siz uşaqları və anaları girov götürürsünüz, yoxsa onlarla danışıqlar masasına oturmağa qərar verdiniz? Sizin beyniniz var?".

Xatırladaq ki, Azərbaycana qarşı döyüşlərdə məğlub olan Ermənistan ordusunda fərarilik getdikcə artır, xaos hökm sürür. Ermənistanda qadın, qoca, uşaq demədən kim gəldi məcburi şəkildə döyüşə aparılır, cəbhədən yayınanları isə sərt cəzalandırırlar.

Daxil olun


x
This website is using cookies. More info. That's Fine