05.09.2020 14:29
6
abunə
373
Ermənistanda içkidən ölənlərin sayı 17-yə çatdı

Ermənistanda alkoqoldan zəhərlənmə nəticəsində daha 3 nəfər ölüb.

Bu barədə Ermənistanın Səhiyyə Nazirliyi məlumat yayıb.

Bununla da alkoqoldan zəhərlənərək ölənlərin sayı 17 nəfərə çatıb.

Nazirliyin məlumatında bildirilib ki, avqustun 31-dən sentyabrın 5-dək içkidən 46 zəhərlənmə faktı qeydə alınıb, onlardan 17 nəfər ölüb, 16 nəfərə isə tibbi yardım göstərildikdən sonra evə buraxılıb.

Hazırda 13 nəfərin müalicəsi davam edir.

Üç xəstədə nevroloji simptomlar və koma vəziyyəti müşahidə edilir. Digər 3 xəstədə korluq yaranıb. Həkimlər bu simptomların metanol zəhərlənməsi üçün tipik olduğunu bildiriblər.

Onlar xəstələrdən yalnız 1-nin vəziyyətini qənaətbəxş olduğunu, qalanların isə ağır və son dərəcə ağır olduğunu deyiblər.

Xatırladaq ki, kütləvi zəhərlənməyə səbəb olmuş alkoqollu içkinin istehsalı ilə məşğul olan Aşot Ovsepyan barəsində həbs qərarı verilib, lakin vəkili onun koronavirusa yoluxduğu üçün xəstəxanaya yerləşdirildiyini söyləyib.

Etiketlər:

Daxil olun


x
This website is using cookies. More info. That's Fine