Son Xeberler
9 abunə
Ermənistanda itkin düşən hərbçilərin valideynləri aksiya keçirdi
08.12.2020 08:58
359 baxış sayı
3 dəq. oxuma
İtkin düşən hərbçilərin valideynləri Ermənistanın Eçmiadzin rayonundakı hərbi hissənin qarşısında etiraz aksiyası keçiriblər.
Məlumatı "Sputnik Armeniya” yayıb.
Bildirilib ki, Azərbaycanın işğaldan azad edilən Zəngilan rayonunda gedən döyüşlər nəticəsində bu hissənin 60 hərbçisindən 34-ü itkin düşüb.
Valideynlərdən biri deyib ki, onlara dekabrın 1-də 3 gündən sonra məlumat olacağını bildirsələr də heç bir xəbər yoxdur: "Onlarla əlaqəmizin kəsilməsindən sabah artıq 50 gün ötür”.
Hərbçilərin hamısı radiasiya, kimyəvi və bioloji hücumlardan müdafiə üzrə hərbi hissədə quluq edirmişlər.
Aksiya iştirakçıları hərbi hissınin komandiri Arsen Abqaryandan oğullarını geri qaytarmasını tələb ediblər. Onların sözlərinə görə, Zəngilan Ermənistan işğalından azad edildikdən sonra həmin əsgərləri o bölgəyə göndəriblər.
"Onlar mühasirəyə düşüb”, - valideynlərdən biri bildirib.
Aksiya iştirakçılarının sözlərinə görə, itkin düşən hərbçilərə əmək haqqının verilməsi dayandırılıb: "Onların ailəsi var. Çoxunun uşaqları yetkinlik yaşına çatmayıb”.
Valideynlər Yerevanda Ermənistan Müdafiə Nazirliyinin qarşısında aksiya keçirəcəklərini bildiriblər.
Oxşar xəbərlər
Qarabağda tapılan erməni hərbçilərin meyitlərinin...
Son Xeberler
404
04/02 05:36
Ermənistanda əsgər ölümü ilə bağlı iki hərbçi
Ən Son Xəbərlər
420
12/08 04:28
Daha 2 erməni hərbçinin meyiti tapıldı
Son Xeberler
439
16/01 16:31
Ermənilər İran-Ermənistan yolunu bağladı
Son Xeberler
1,397
16/12 19:41
Cəbrayılda 20 erməni hərbçinin meyiti tapıldı
Son Xeberler
639
11/12 19:21
İtkin düşən daha bir əsgərin nəşi tapıldı
Son Xeberler
586
12/01 13:13