🎉 Son Yeniliklər: Yeni dizaynımızı istifadəyə verdik.

Axtar

Məşhur kanallar

Son Xeberler
Son Xeberler
9 abunə
Bugun.az
Bugun.az
8 abunə
Anar Türkeş
Anar Türkeş
6 abunə
SON Xəbər
SON Xəbər
4 abunə

Ermənistanda “orduya yardım” adı altında dələduzluq

23.10.2020 17:48 463 baxış sayı 3 dəq. oxuma
Ermənistanda “orduya yardım” adı altında dələduzluq

Ermənistan ordusunun cəbhə bölgəsindəki ağır məğlubiyyətləri erməni cəmiyyətində dərin ruh düşkünlüyü yaradıb.

İşğalçı qoşunlarının darmadağın edilməsindən sonra aciz duruma düşən baş nazir Nikol Paşinyan proseslərə nəzarəti tamamilə itirib. Əksər erməni rəsmilərinin dilindən məğlubiyyət etirafları səslənməkdədir.

Problemlər məngənəsində boğulan Paşinyan ordudakı çətinlikləri aradan qaldırmaq üçün dəfələrlə xalqa müraciət edib, kişiləri könüllü dəstələr yaradıb orduya dəstək verməyə, maddi yardımlar etməyə çağırıb.

Bu gün isə məlum olub ki, ermənilər nəinki öz ordusuna dəstək olur, hətta arxa cəbhədə ona ağır zərbələr vurur. Belə ki, Ermənistan müdafiə nazirliyinin nümayəndəsi Artsun Ovanisyan vətəndaşlara müraciətində ordu ilə bağlı dələduzluq hallarının artmasından şikayətlənib:

O deyib: “Əziz vətəndaşlar. Orduya edilən yardımları sistemli şəkildə təşkil edin. Xahiş edirəm yığacağınız yardımları Fövqəladə Hallar Nazirliyi və ya digər aidiyyəti qurumlara təhvil verin. Heç kimin adı ilə, hətta mənim adımdan istifadə edib camaatdan yardım yığmayın. Bəzi insanlar bu işdə adımızdan istifadə edirlər”.

Ovanisyanın müraciətindən aydın olur ki, ordu üçün yığılan yardımlar ön cəbhəyə çatdırılmır, əksinə kimlərsə tərəfindən mənimsənilir. Dələduzluq əməlində Ermənistan rəsmilərinin adından istifadə edilməsi yardımların kütləvi halda "yoxa çıxdığını" göstərir.

Paylaş: