Ermənistanda Qarabağdan gələnlərə qarşı zorakılığa çağırış edildi
Ermənistanda sosial şəbəkələrdə Qarabağdan gələn ermənilərə və siyasətçilərə qarşı zorakılığa çağırış edən şəxs saxlanılıb.
Bu barədə Ermənistan Baş Prokurorunun müşaviri Qor Abramyan bildirib.
"Noyabrın 13-də sosial şəbəkə istifadəçilərindən birinin "Facebook" səhifəsində avtomobildə oturan şəxsin açıq şəkildə müəyyən siyasi qüvvələrin nümayəndələrinə, eləcə də Qarabağ ermənilərinə qarşı zorakılığa çağırdığı video yayımlanıb".
Onun sözlərinə görə, video sosial şəbəkələrin media monitorinqi ilə qeydə alınıb. Həmin şəxsə qarşı dekabrın 2-də cinayət işi açılıb. Cinayət işi İstintaq İdarəsinə göndərilib.
İlkin istintaq zamanı bu hərəkəti törətməkdə şübhəli bilinən Ermənistan vətəndaşı həbs olunub.
Ermənistan ombudsmanı Arman Tatoyan bu cür çağırışları pislədiyini deyib.
Etiketlər
Oxşar xəbərlər
Ermənistanda yoluxma sayı 92 mini ötdü
Son Xeberler
Ermənistanda yoluxma və ölüm sayı kəskin artdı
Son Xeberler
Ermənistanda bir günə 2241 nəfər yoluxdu
Son Xeberler
Ermənistanda bir günə 41 nəfər öldü
Son Xeberler
Ermənistanda daha 1042 nəfər yoluxdu
Son Xeberler
Ermənistanda günlük yoluxma 2 mini keçdi
Son Xeberler