07.11.2020 14:10
6
abunə
364
Ermənistanda virusa yoluxma yenə artdı

Ermənistanda son sutka ərzində 2476 nəfər koronavirusa yoluxub. Bu isə ölkədə gündəlik qeydə alınan rekord yoluxma halıdır.

Bu barədə ölkənin Səhiyyə Nazirliyinin Xəstəliklərə Nəzarət və Profilaktikası üzrə Milli Mərkəzin saytında məlumat verilib. Bildirilib ki, bu günə qədər ümumilikdə 104 249 yoluxma faktı qeydə alınıb.

Xəstəlik səbəbindən həyatını itirənlərin sayı daha 27 nəfər artaraq 1533-ə çatıb. Hazırda ölkədə 39 055 nəfər aktiv koronavirus xəstəsinin olduğu bildirilib.

Qeyd edək ki, Ermənistanda epidemiyaya görə martın 16-dan etibarən tətbiq olunan fövqəladə vəziyyət rejimi 11 yanvar 2021-ci il tarixinə qədər uzadılıb.

Daxil olun


x
This website is using cookies. More info. That's Fine