🎉 Son Yeniliklər: Yeni dizaynımızı istifadəyə verdik.

Axtar

Məşhur kanallar

Bugun.az
Bugun.az
8 abunə
Son Xeberler
Son Xeberler
8 abunə
Anar Türkeş
Anar Türkeş
6 abunə
SON Xəbər
SON Xəbər
4 abunə

“Ermənistanın atdığı raketlər ciddi təhlükə yaradır” - Azal

05.10.2020 12:00 387 baxış sayı 2 dəq. oxuma
“Ermənistanın atdığı raketlər ciddi təhlükə yaradır” -

Ermənistan silahlı qüvvələri son günlər ərzində uzaqməsafəli təsir radiuslu raketlər tətbiq etməklə Azərbaycanın ərazisini intensiv atəşə tutmaqda davam edir ki, bu da Azərbaycanın hava məkanından keçməklə beynəlxalq uçuşlar həyata keçirən mülki hava gəmiləri üçün ciddi təhlükə yaradır.

Bununla bağlı “Azərbaycan Hava Yolları” QSC məlumat yayıb. 

Məlumatda deyilir: “Ermənistanın mülki obyektlərə hücumu beynəlxalq humanitar hüquq normalarını, xüsusilə, Cenevrə Konvensiyasının müddəalarını kobud şəkildə pozur. Bu hücumlar Ermənistan tərəfindən dövlət səviyyəsində terror aktlarının həyata keçirildiyini bir daha təsdiq edir.

Ermənistan tərəfinin qanunsuz hərəkətləri bizi ciddi narahat edir və bütün dünya ictimaiyyətini Ermənistanı bütün beynəlxalq qayda və normalara zidd olan bu cür addımlardan çəkindirməsinə çağırırıq”.

 

 
Paylaş: