Ermənistanın növbəti ballistik raket kompleksi sıradan çıxarıldı
Bu gün saat 08:36 radələrində Ermənistanın Azərbaycanın işğal olunmuş Kəlbəcər rayonuna yaxın sərhədyanı ərazilərində Ermənistan silahlı qüvvələri növbəti əməliyyat-taktiki ballistik raket kompleksinin start vəziyyətinə gətirildiyi müşahidə edilib.
Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.
Mülki insanlar arasında tələfata səbəb olmaq, mülki infrastruktura xələl yetirmək məqsədilə operativ-taktiki raketlər Gəncə, Mingəçevir və digər şəhərlərə doğru hədəflənib.
Mülki insanların təhlükəsizliyini təmin etmək məqsədilə legitim hərbi hədəf kimi start vəziyyətində olan raketlər qabaqlayıcı dəqiq zərbə ilə sıradan çıxarılıb.
Bundan əvvəl saat 01:00 radələrində həmin istiqamət üzrə start vəziyyətinə gətirilmiş əməliyyat-taktiki raket kompleksi də dəqiq zərbə ilə məhv edilib.
Raketlərin atəş vəziyyətinə gətirildiyi məntəqələrdə hər hansı mülki infrastruktur və obyektlər olmayıb.
Oxşar xəbərlər
Düşmənin “S-125” zenit raket kompleksi sıradan çıx...
Son Xeberler
Düşmənin bu texnikaları da sıradan çıxarıldı -
Son Xeberler
İsrail'dən İran'a Ciddi Zərbə!
KIBRIT MEDIA
Düşmənin məhv edilmiş texnikasının SAYI -
Son Xeberler
Gecə Ermənistanın bu texnikaları məhv edildi -
Son Xeberler
Ermənistanın 556-cı alayının taboru sıradan çıxarı...
Son Xeberler