Əsəd Rejimi Sona Çatdı: Şam Azad Oldu
27 noyabr Çərşənbə axşamı Suriyada silahlı müxalif qrupların Bəşər Əsəd rejiminə qarşı başladığı əməliyyat bir neçə gün ərzində, demək olar ki, heç bir müqavimətlə rastlaşmadan, Hələb, İdlib, Tel Rıfat, Həmə və Humsdan sonra dünən gecə paytaxt Şamı da ələ keçirdi.
"Əsəd rejimi süqut etdi!" xəbəri yayıldı. Müxaliflərin nəzarətini əsasən ələ keçirdiyi Şamda, Suriyanın ordusu Beynəlxalq Hava Limanını tərk edərkən, Reuters agentliyinin verdiyi son dəqiqə məlumatına görə, Suriyanın Ordu Komandanlığı Əsəd rejiminin devrildiyini zabitlərə bildirib.
Agentliyin verdiyi məlumata görə, Suriyanın prezidenti Bəşər Əsəd Şamı tərk edərək naməlum istiqamətə doğru yola düşüb. Bu hadisələrdən sonra Suriyanın baş naziri Məhəmməd Qazi əl-Cəlalinin vacib bir açıqlaması yayılıb.
Əhalinin seçəcəyi istənilən hökumətlə əməkdaşlığa hazır olduğunu bildirən Məhəmməd Qazi əl-Cəlal, "Mən evimdəyəm, hökumətin təhvil verilməsində kömək edəcəyəm. Dövlət qurumlarının qorunması üçün çağırış edirəm!" deyib.
Şama daxil olan Suriyalı müxaliflər isə "Şam artıq Əsəddən azaddır!" bəyanatını verdilər. Digər tərəfdən, rejim qüvvələri Şam Beynəlxalq Hava Limanı da daxil olmaqla silahlarını təhvil verib. Müxaliflər Şamın Əsəddən azad olduğunu açıqlayaraq, "qaranlıq günlər sona yetdi" ifadələrindən istifadə etdilər. Müxaliflər keçmiş baş nazirin nəzarətində qalacaq dövlət qurumlarına yaxınlaşmanın qadağan olduğunu bildirib.
Xarici ölkələrdə yaşayan Suriyalılara müraciət edən müxaliflər, onlardan azad Suriyaya qayıtmağı xahiş etdilər. Əsəd rejiminin işgəncə və insanlığa qarşı cinayətlərlə tanınan Sədnaya həbsxanasında saxlanılan məhbuslar müxaliflər tərəfindən azad edilib.
Şamda əhali Əməvilər meydanında bayram tədbirlərinə başlayıb. Minlərlə insan Əsəd rejiminə qarşı şüarlar səsləndirərək şəhər mərkəzində toplaşdı.
Nə baş vermişdi? 27 noyabrda Suriyanın şimalındakı Hələb vilayətinin qərb kənd ərazilərində Əsəd rejimi qüvvələri ilə rejim əleyhinə silahlı qruplar arasında toqquşma başlamışdı. 30 noyabrda Hələbin mərkəzinin əsas hissəsini rejim qüvvələrindən alan rejim əleyhinə qruplar, həmin gün İdlibin bütün ərazisində nəzarəti ələ keçirmişdilər. Şiddətli toqquşmalardan sonra qruplar 5 dekabrda Həmə şəhərinin mərkəzini rejim qüvvələrindən almışdılar.
Rejim əleyhinə qruplar, paytaxt Şama strateji əhəmiyyətli olan Hums vilayətinin bəzi yaşayış məntəqələrini ələ keçirərək burada irəliləməyə başlamışdılar. Suriyanın Ürdün sərhədindəki Dəra vilayətində 6 dekabrda əməliyyat başlatan silahlı müxaliflər, toqquşmalardan sonra vilayət mərkəzini rejim qüvvələrindən geri almışdılar. Ölkənin cənubundakı Suveyda vilayətinin bütün ərazisi də 7 dekabrda müxalif qrupların nəzarətinə keçmişdi. Həmin gün Kuneytradakı yerli müxaliflər də vilayət mərkəzinin nəzarətini ələ keçirdilər. Şamın cənub-qərbində Əsəd rejimi qüvvələrinə qarşı irəliləyən qruplar 7 dekabrda paytaxtın cənub ətrafına daxil olmuşdular. Paytaxta açılan Hums vilayətində isə rejim əleyhinə qüvvələr 7 dekabrda şəhər mərkəzinə nəzarəti ələ keçirmişdilər.
Oxşar xəbərlər
Əsədin Məzarı Yerlə Yeksan Edildi
Son Xeberler
Eminin Ev Yarışmasının Qalibi Bəlli Oldu!
Bugun.az
Hamanın düşməsi Əsədi dəli edəcək
Son Xeberler
ABŞ Suriyada Baş Verən Hadisələrə Münasibət Bildir...
Son Xeberler
İsrailin 50 ildən sonra Suriyaya hücumu
Son Xeberler
Əsədin əsgərləri qaçışda
Son Xeberler