03.11.2020 11:27
6
abunə
315
Əsgərlərimiz Naxçıvanın müdafiəsində cəsarətlə dayanıb - VİDEO

Sentyabrın 27-dən Ermənistan silahlı qüvvələrinin törətdiyi təxribatlara cavab olaraq cəbhə boyu uğurlu əks-hücum əməliyyatına başlayan rəşadətli Azərbaycan Ordusu döyüş meydanında öz sözünü deyir və xalqımıza qələbə sevinci yaşadır.

Bu gün ordumuz zəfər dolu əks-hücum əməliyyatını davam etdirərkən havadan və qurudan Naxçıvan Muxtar Respublikasının müdafiəsini təmin edən Əlahiddə Ümumqoşun Ordunun bölmələri də ayıq-sayıq döyüş növbətçiliyi aparırlar.

Güclü müdafiə qüdrətinə malik olan muxtar respublikamızın hava məkanı Əlahiddə Ümumqoşun Ordunun hava hücumundan müdafiə birləşmə, hissə və bölmələri tərəfindən etibarlı müdafiə olunur. 24 saatlıq döyüş növbətçiliyi aparan hava hücumundan müdafiə bölmələri düşmənin istənilən hava hücum vasitəsini aşkar, müşayiət və məhv etməyə qadirdir. Bütün bunlarla bərabər, hava hücumundan müdafiə bölmələrində xidmət etmək hərbi qulluqçulardan operativlik və sayıqlıq tələb edir.

Daxil olun


x
This website is using cookies. More info. That's Fine