
Son Xeberler
9 abunə
Etirazçılar Paşinyana cinayət işinin açılmasını tələb edir
03.12.2020 12:33
509 baxış sayı
3 dəq. oxuma

İrəvanda Nikol Paşinyana qarşı cinayət işi başlanmasını tələb edən aksiya keçirilib.
Baş prokurorluğun qarşısına toplaşan etirazçılar baş nazirin kapitulyasiya aktını imzalayaraq dövlətə xəyanət etdiyini, buna görə məsuliyyətə cəlb edilməli olduğunu bildirib.
"Müharibə ilə əlaqəli bir çox sual var - niyə bütün səfərbərlik resurslarından istifadə olunmadı, generalların niyə döyüş əməliyyatlarına girməsinə icazə verilmədi, niyə bütün növ silahlar döyüşlərə cəlb olunmadı, niyə ərazilər verildi? Prokurorluq bütün suallara cavab verməlidir və cinayət işi açmalıdır, ancaq bu qurum Paşinyana xidmət etməyə davam edir”,- deyə Ermənistanın "Milli Gündəm” partiyasının lideri Ara Akopyan jurnalistlərə bildirib.
Akopyan dövlətçiliyin və ölkənin ciddi bir təhlükə ilə üzləşdiyini deyib. Onun sözlərinə görə, ölkənin və vətəndaşların taleyi ilə bağlı qərarlar digər ölkələr tərəfindən verilir.
Akopyan hesab edir ki, parlamentdə baş nazirin impiçmenti prosesini başlatmaq, eyni zamanda başqa bir baş nazir və böhran hökuməti təyin etmək lazımdır.
"O, təslim sənədini imzalayan, xalqı və ölkəni təmsil edə bilməyən məğlub baş nazirdir. Paşinyan təhlükəsizlik zəmanəti gözləyir, amma kimdən bəlli deyil. Bəlkə də xarici tərəfdaşlarından. Biz icazə verdiyimiz vaxta qədər o, hakimiyyətdə qalacaq, bu səbəbdən biz ictimai təzyiqlərə müraciət etməliyik”,- deyə Akopyan qeyd edib.
K
İnsan hüquqları müxbiri
İnsan hüquqları və vətəndaş cəmiyyəti mövzularında ixtisaslaşmışam. Bu sahədə qeyri-hökumət təşkilatlarında da işləmişəm.
Bütün məqalələrə baxınOxşar xəbərlər

Etirazçılar istefa ilə bağlı Paşinyana vaxt qoydu
Son Xeberler
565
11/11 15:54

Müxalifət Paşinyana cinayət işi açılmasını tələb e...
Son Xeberler
547
16/11 18:19

İrəvanda parlament binasının qarşısında etiraz aks...
Son Xeberler
651
10/11 12:17

Beyrutda etirazçılar XİN və parlamentin binasını ə...
Son Xeberler
745
08/08 17:27

Yerevanda aksiyada 35 müxalifətçi saxlanıldı
Son Xeberler
610
01/12 19:40

Nikol Paşinyanın həbsi ilə bağlı
Son Xeberler
753
03/12 13:56


