Ev almaq istəyənlər üçün sərfəli kredit imkanı
Müştərilər üçün fərqli üstünlüklər yaradan Azərbaycan Beynəlxalq Bankı daha bir sərfəli məhsulu bazara təqdim edib. Ölkəmizdə bir ilk olan bu məhsul “Əmanətli ipoteka krediti” adlanır. Bu məhsul həm müştərilərin ölkənin etibarlı bankında sərfəli şərtlərlə yığım əmanəti yerləşdirməsinə və ipoteka kreditinin ilkin ödənişini toplamasına şərait yaradır, həm də güzəştli şərtlərlə mənzil almaq ehtiyacını təmin edir.
Müştəri Azərbaycan Beynəlxalq Bankında “Əmanətli ipoteka krediti” hesabı açaraq ora hər ay müəyyən məbləğdə vəsait yerləşdirir. Hesaba mədaxil edilən aylıq yığım məbləği minimum 300 manat olmalıdır. Hesabda toplanmış vəsaitlərə əmanət şərtlərinə uyğun illik faizlər hesablanır.
Əmanət müqaviləsi müştərinin istəyindən asılı olaraq 12, 24 və 36 ay müddətinə bağlanır. Müştəri bu müddətdə vəsaitlərini etibarlı bankda qoruyub eyni zamanda əmanət müddətinin sonunadək yığım məbləğini ödəmək imkanı ilə faiz gəlirləri əldə edir. Əmanət müddəti başa çatdıqdan sonra isə yığılmış əmanətlə istədiyi mənzilin dəyərinin bir hissəsini ilkin ödəniş qismində ödəmək imkanına malik olur. Üstəlik, ipoteka kreditini almaq üçün güzəştli şərtlərdən faydalanmaq imkanı da qazanır.
Belə ki, bu məhsuldan faydalanan müştəri ipoteka kreditini 10%-dən başlayan ilkin ödənişlə və endirimli illik faiz dərəcəsi ilə (9%-dən başlayaraq) əldə edir. İpoteka kreditinin maksimum məbləği 300.000 manatdır. Kreditin rəsmiləşdirilməsi zamanı komissiya haqqı tutulmur. “Əmanətli ipoteka krediti”ndən əmək haqqı alan və aylıq yığım imkanına malik olan hər kəs faydalana bilər.
Məhsul haqqında daha ətraflı məlumatı buradan əldə etmək və kalkulyator vasitəsilə hesablama aparmaq olar.
Müasir dövlət bankı olan Azərbaycan Beynəlxalq Bankının məhsul və xidmətləri barədə məlumatları bankın 37 filial və 39 şöbəsindən, www.ibar.az internet səhifəsindən, 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmi “Facebook” səhifəsindən əldə etmək olar.
Oxşar xəbərlər
Bakıda 2500 manata lüks avtomobillər satılır
Xəbər Anı
Vətəndaşların diqqətinə:
Xəbər Anı
“AccesssBank”dan maaşın 10 mislinədək kredit!
Son Xeberler
Şəhid mayorun "Kapital Bank"a 12 min manat kredit...
Son Xeberler
Hər 1000 manat kredit üçün, ayda 33 manat ödəniş e...
Son Xeberler
Birbank Biznes-dən korporativ müştərilər üçün yeni...
Bugun.az