
Son Xeberler
9 abunə
Evində təziyə mərasimi keçirən ilahiyyatçı həbs edildi
24.08.2020 15:49
474 baxış sayı
2 dəq. oxuma

Azərbaycanda ilahiyyatçı karantin rejimini pozub.
Din xadimi Hacı Tahir (Tahir İbişov) Saatlı rayonunda Məhərrəm ayı ilə əlaqədar olaraq evində təziyə mərasimi keçirmək istəyərkən polis əməkdaşları tərəfindən saxlanılıb.
Onun barəsində İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) ilə protokol tərtib edilib və məhkəmənin qərarı ilə 25 sutkalıq həbs olunub.
Qeyd edək ki, Məhərrəm ayı avqustun 21-də başlayıb. Qafqaz Müsəlmanları İdarəsi Qazılar Şurası və səlahiyyətli nümayəndələri bəyan edib ki, Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarına əsasən, koronavirus pandemiyası ilə əlaqədar olaraq bu il Məhərrəmlik dönəmində məscid və ziyarətgahlarda təziyə mərasimləri keçirilməyəcək.
Həmçinin Daxili İşlər Nazirliyi (DİN) Məhərrəm ayı ilə əlaqədar, o cümlədən "Aşura” günündə məscidlərdə, ziyarətgahlarda və digər ibadət yerlərində, eləcə də ayrı-ayrı evlərdə toplaşmağın yolverilməz olduğu barədə açıqlama yayıb.
Etiketlər
Oxşar xəbərlər

Dini mərasim təşkil edən daha 25 nəfər həbs edildi
Son Xeberler
514
31/08 16:34

"Əfi" həbs edildi
Bugun.az
33
14/06 21:25

Tavuş istiqamətində sərhədi keçən azərbaycanlı həb...
Son Xeberler
784
14/12 15:55

XİN-in daha 2 yüksək rütbəli əməkdaşı həbs edildi...
Son Xeberler
928
10/07 12:30

Azərbaycanda restoranda toy məclisi keçirən şəxslə...
Son Xeberler
1,112
04/12 16:10

Səlim Müslümov həbs edildi
Son Xeberler
504
03/02 08:28