Fərəh Əliyevanın səhhəti necədir?

22.06.2020 11:29 525 baxış sayı 2 dəq. oxuma
Fərəh Əliyevanın səhhəti necədir?

Prezident Administrasiyasının Humanitar siyasət, diaspor, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri Fərəh Əliyevanın  profilaktik baxımdan verdiyi koronavirus (COVID-19) testinin ilkin nəticəsi müsbət olub.

TƏBİB-in şöbə müdiri Yaqut Qarayevanın sözlərinə görə, Fərəh Əliyevadan tibbi protokola əsasən təkrar test götürülüb və təkrar testin nəticəsi neqativ olub.

COVİD-19 üçün götürülən ilkin testin nəticəsi müsbət olduğundan o, tibbi protokola əsasən, 14 gün müddətində ev şəraitində izolyasiyaya alınıb.

Hazırda Fərəh Əliyevanın vəziyyəti stabildir, hər-hansı bir şikayəti, xəstəlik simptomları qeydə alınmayıb.

 

Tibb müxbiri

Tibb və səhiyyə xəbərləri üzrə ixtisaslaşmışam. Tibb bacısı kimi işlədikdən sonra jurnalistikaya keçdim.

Bütün məqalələrə baxın
Paylaş: