
FHN Yasamaldakı yanğınla bağlı məlumat yaydı

Fövqəladə Hallar Nazirliyi (FHN) Yasamal rayonunda baş vermiş yanğınla bağlı məlumat yayıb.
Bakı şəhərinin Yasamal rayonunda hər mərtəbəsi 900 m² olan 6 mərtəbəli (zirzəmisi 2 qatdan ibarət olan) qeyri-yaşayış binasının zirzəmisində tikinti materialları (laminat, boya məhsulları və s.) 200 m² sahədə yanıb.
Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri tərəfindən həyata keçirilən təcili və təxirəsalınmaz tədbirlər nəticəsində yanğının yayılmasının qarşısı alınıb. Zirzəminin qalan hissəsi və bina yanğından mühafizə olunub. Yanğın söndürülüb.
Korrupsiyaya qarşı mübarizə və şəffaflıq mövzularında yazıram. İnvestigativ jurnalistika mənim əsas maraq sahəmdir.
Bütün məqalələrə baxınOxşar xəbərlər

FHN restorandakı yanğınla bağlı məlumat yaydı
Son Xeberler

FHN "Sədərək"dəki yanğınla bağlı məlumat yaydı -YE...
Bugun.az

Nazirlik Xızıdakı yanğınla bağlı
Son Xeberler

Binəqədidə obyekt yanır -VİDEO / YENİLƏNİB
Bugun.az

FHN Daşkəsəndəki yanğınla bağlı məlumat yaydı -
Son Xeberler

Zaqatalada ev yandı - Ölən var
Bugun.az