Fransa qəzeti Dağlıq Qarabağdan yazdı
Fransanın “Le Figaro” nəşri hazırda Dağlıq Qarabağda həyata keçirilən hərbi əməliyyatlar barədə növbəti yazı dərc edib.
Məqalədə qeyd olunur ki, Ermənistanın baş naziri Nikol Paşinyan Dağlıq Qarabağ münaqişəsinin heç bir siyasi həllinin olmadığını deyərək, insanları könüllü olaraq cəbhəyə yollanmağa çağırıb.
Məqalədə həmçinin bildirilir ki, Paşinyan şəhər, qəsəbə və kəndlərin yerli rəhbərlərinə, vətəndaş təşkilatları, siyasi partiya, işgüzar dairələrin və könüllü birliklərin rəhbərlərinə müraciət edərək, onları Dağlıq Qarabağ separatçılarına qoşulub, Azərbaycana qarşı döyüşməyə çağırıb. O, cəbhə xəttindəki vəziyyətin separatçılar üçün kifayət qədər ağır olduğunu da etiraf edib və hər kəsi birləşməyə çağırıb.
Yazıda Azərbaycanın 90-cı illərdə itirdiyi torpaqları geri qaytardığı qeyd olunur.
Sonda bildirilir ki, Paşinyanın bu çıxışı oktyabr ayında razılaşdırılmış iki humanitar atəşkəsin ardıcıl olaraq uğursuzluqla nəticələnməsi zəminində baş tutub.
Məqalədə həmçinin hər iki ölkənin xarici işlər nazirlərinin Moskva və bu gün baş tutmalı olan Vaşinqton görüşlərinə də toxunulub.
Oxşar xəbərlər
Fransa senatı qondarma "Dağlıq Qarabağ Respublikas...
Son Xeberler
Fransa səfirliyi qarşısında etiraz aksiyası
Son Xeberler
Fransa XİN Senatın Qarabağla bağlı qətnamə layihəs...
Son Xeberler
Ermənilərin döyüşdürdüyü muzdlular danışdı
Son Xeberler
Koreyalı professor erməni təxribatlarından yazdı
Son Xeberler
“Manqo”nun qurucusu dərəyə yıxılıb öldü
Bugun.az