🎉 Son Yeniliklər: Yeni dizaynımızı istifadəyə verdik.

Axtar

Məşhur kanallar

Bugun.az
Bugun.az
8 abunə
Son Xeberler
Son Xeberler
7 abunə
Anar Türkeş
Anar Türkeş
6 abunə
SON Xəbər
SON Xəbər
4 abunə

Fransada koronavirus qurbanlarının sayı 29,3 mini ötdü

12.06.2020 18:41 421 baxış sayı 2 dəq. oxuma
Fransada koronavirus qurbanlarının sayı 29,3 mini ötdü

Fransada son bir gün ərzində koronavirusdan 28 ölüm qeydə alınıb.


Bu barədə ölkənin Səhiyyə Nazirliyi bildirib.


"Epidemiyanın başlanğıcından Fransada 29 374 insan ölüb, onlardan 18 990 nəfəri xəstəxanalarda vəfat edib", - deyə rəsmi məlumatda bildirilir.


Qeyd edilir ki, hazırda xəstəxanalarda 11 124 insan müalicə edilir. Son gün ərzində daha 136 nəfər koronavirusa yoluxma ilə əlaqədar xəstəxanaya yerləşdirilib. Xəstəxanaların reanimasiya şöbələrində pasiyentlərin sayı azalmaqda davam edir. Hazırda 879 xəstə müalicə edilir, son 24 saat ərzində daha 18 xəstə reanimasiya şöbələrinə yerləşdirilib.


Epidemiyanın başlanğıcından ölkədə 103 mindən çox insan xəstəxanaya yerləşdirilib, onların 18 mindən çoxu reanimasiyalarda müalicə alıb. Qərbi Avropanın bu ölkəsində 72,5 mindən çox insan koronavirusdan sağalıb. 


Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 213 ölkə və bölgədə qeydə alınıb.


Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.

Paylaş: