Fransada virusa görə məhdudiyyətlər sərtləşdirildi

01.01.2021 13:59 510 baxış sayı 2 dəq. oxuma
Fransada virusa görə məhdudiyyətlər sərtləşdirildi
Fransada koronavirus pandemiyası ilə əlaqədar tətbiq edilən məhdudiyyətlər sərtləşdirilir.
 
Bu barədə Fransa hökumətinin sözçüsü Qabriel Attal bildirib. Onun sözlərinə görə, virusun yayılmasının qarşısını almaq üçün 15 departamentdə tətbiq olunan komendant saatı yerli vaxtla saat 20:00-da deyil, 18:00-da başlayacaq.

Komendant saatı 2 yanvar tarixindən etibarən virusun ən çox yayıldığı 15 bölgədə tətbiq ediləcək.

"Bu, çətin bir qərardır. Bir həftə sonra qərarın effektini öyrənəcəyik”, - Attal əlavə edib. O, hazırkı şəraitdə mədəniyyət müəssisələrinin yenidən açılması ehtimalını istisna edib.
S
Beynəlxalq münasibətlər analitiki

Xarici siyasət və regional təhlükəsizlik mövzularında yazıram. Dünya siyasətini izləmək və Azərbaycanla əlaqələndirmək maraqlıdır.

Bütün məqalələrə baxın
Paylaş: