Füzulidəki istehkam xətlərinin və dağıdılmış binaların - VİDEO

18.11.2020 16:32 640 baxış sayı 2 dəq. oxuma
Füzulidəki istehkam xətlərinin və dağıdılmış binaların -

Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev beynəlxalq jurnalistlərə Füzuli bölgəsində qurulan istehkam xətlərini və erməni vandalizmi nəticəsində dağıdılmış tikililəri göstərib.

Bu barədə Hikmət Hacıyev öz tvitter hesabındakı paylaşımında bildirib.

“Ermənistanın cənub cəbhəsi boyunca istehkam xətləri - Füzuli bölgəsində. Onların hamısı getdi. Füzuli indi azaddır.

Qaraxanbəyli kəndi, Füzuli bölgəsi. Heç bir salamat bina qalmayıb. Vandalizm heç bir sərhəd tanımırdı. Ermənistanın daha bir çox cinayətləri üzə çıxacaq. Beynəlxalq media Ermənistanın bütün hərbi cinayətlərini yaxşı işıqlandırır”,- deyə Prezidentin köməkçisi qeyd edib.

 

A
İnvestigativ jurnalist

Korrupsiyaya qarşı mübarizə və şəffaflıq mövzularında yazıram. İnvestigativ jurnalistika mənim əsas maraq sahəmdir.

Bütün məqalələrə baxın
Paylaş: