
Gələn həftə Bakının bəzi məktəbləri üzrə dərslər başlayır

Azərbaycanda fəaliyyət göstərən bəzi özəl liseylərdə sentyabr ayının 1-dən dərslərə start verilir.
Bununla bağlı lisey rəhbərliyi təhsil ocağının işçi heyətinə məlumat verib.
Həmçinin valideynlərə dərslərin onlayn qaydada başlayacağı ilə bağlı bildiriş göndərilib.
Liseylərin inzibati binasında tədris sisteminin nə zaman başlayacağı məsələsinə gəlincə, bu, Nazirlər Kabineti yanında Operativ Qərargahın verəcəyi qərardan asılı olacaq.
Xatırladaq ki, Qərargahın müvafiq qərarı ilə koronavirus pandemiyası səbəbindən Azərbaycanda martın 3-dən etibarən ölkədə tədris prosesi dayandırılıb və tətilə (iyunun 15-dək) dərslər onlayn qaydada keçirilirdi.
Ölkənin digər ümumtəhsil məktəblərininin tədris prosesinə sentyabrın 15-də başlayacağı gözlənilir. Dərslərin hansı qaydada keçiriləcəyi ilə bağlı hələ ki, yekun qərar verilməyib.
Etiketlər
Oxşar xəbərlər

Lənkəranda yaşayan gənclər üçün Ödənişsiz mühasiba...
Edumap.az Təhsil Portalı

Bakının bəzi məktəblərində dərslər yenidən təxirə...
Son Xeberler

Samsung One UI 7-nin Büdcəli Telefonlarda Sınağını...
Texnologiya xəbərləri

Bakının 3 rayonunda su kəsiləcək
Son Xeberler

Bakının bu ərazilərində işıq olmayacaq
Xəbər Anı

Bakının bu ərazisində işıq olmayacaq
Xəbər Anı