🎉 Son Yeniliklər: Yeni dizaynımızı istifadəyə verdik.

Axtar

Məşhur kanallar

Son Xeberler
Son Xeberler
9 abunə
Bugun.az
Bugun.az
8 abunə
Anar Türkeş
Anar Türkeş
6 abunə
SON Xəbər
SON Xəbər
4 abunə

Gələn həftə Gəncə və Sumqayıtda da seroloji testlərə başlanılacaq

21.08.2020 14:55 434 baxış sayı 2 dəq. oxuma
Gələn həftə Gəncə və Sumqayıtda da seroloji testlərə başlanılacaq

Gələn həftədən etibarən Sumqayıt və Gəncə şəhərlərində də seroloji testlərin keçirilməsinə başlanılacaq.

Bu sözləri Nazirlər Kabineti yanında Operativ Qərargahın mətbuat konfransında TƏBİB-in Mikrobiologiya İşçi Qrupunun rəhbəri Qumral Ələkbərova deyib.

O bildirib ki, vətəndaşların seroloji testlərdən keçməsi bizi sevindirir:

"Bilirsiniz ki, seroloji testlər təsadüfi zənglər əsasında seçilən vətəndaşlarla aparılır. Zənglərimiz hələ də davam edir. Nəzərdə tutulan test sayı tam yekunlaşdıqdan və elmi tədqiqat bitdikdən sonra vətəndaşların sayı, aparılan testlərin nəticələrinə dair məlumatlar ictimaiyyətə elan olunacaq”.

Q.Ələkbərova onu da qeyd edib ki, yekunda vətəndaşlar test nəticələri barədə zəruri məlumatları alacaqlar:

“Bakıda seroloji testlərin aparılması bitdikdən sonra, Sumqayıt və Gəncə şəhərlərində testlərin aparılmasına başlanılacaq. Vətəndaşların nəticələri hansı şəkildə əldə edəcəkləri barədə də yaxın zamanda məlumat veriləcək. Bu testlərin heç bir ziyanı yoxdur. Testlərin məqsədi insanlara daha əvvəl virusa yoluxub-yoluxmadıqları və orqanizmdə virusa qarşı anticisimlərin formalaşıb-formalaşmadığı barədə məlumat verməyə kömək edir”.

Paylaş: