Gəncədə 7-dən çox mülki şəxs həlak olub

11.10.2020 05:59 603 baxış sayı 1 dəq. oxuma
Gəncədə 7-dən çox mülki şəxs həlak olub

Gəncə şəhəri gecə yarısı Ermənistanın raket hücumuna məruz qalıb

Bunu Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev “Twitter” hesabında yazıb.

Prezidentin köməkçisi qeyd edib ki, 3 yaşayış binası dağıdılıb. İndiyə qədər 7-dən çox mülki şəxs, eləcə də qadınlar ölüb. Uşaqlar daxil olmaqla 33 şəxs yaralanıb.

"Ermənistan azərbaycanlı mülki insanlara hücum etmək üçün humanitar atəşkəsin arxasında gizlənir".

O
Regional siyasət müxbiri

Yerli özünüidarə və regional siyasət haqqında yazıram. Bakıdan kənarda da nələr olduğunu bilmək vacibdir.

Bütün məqalələrə baxın
Paylaş: