Gəncədə dağıntılar altından 2 nəfər çıxarılıb - FHN
Ermənistan Respublikasının hərbi-siyasi rəhbərliyinin təxribatçı xislətindən irəli gələrək Ermənistan silahlı qüvvələri beynəlxalq humanitar hüququn norma və prinsiplərini kobudcasına pozub, Azərbaycan əhalisinin sıx yaşadığı yaşayış məntəqələrini, mülki obyektləri, o cümlədən fərdi və çoxmənzilli yaşayış binalarını ağır artilleriya qurğularından atəşə tutmaqda davam edir.
Fövqəladə Hallar Nazirliyindən bildirilib ki, bu gün səhər saatlarından başlayaraq Ermənistan ərazisindən ölkəmizin ikinci böyük şəhəri olan və döyüş bölgəsindən tam kənarda yerləşən Gəncə şəhəri raket zərbələrinə məruz qalıb.
İlkin məlumata əsasən, əraziyə cəlb olunmuş Fövqəladə Hallar Nazirliyinin müvafiq qüvvələri tərəfindən bir ünvanda yanğının qarşısı alınıb, üç ünvanda isə dağıntıların aradan qaldırılması ilə bağlı müvafiq tədbirlər görülür. Dağıntılar altından xəsarət almış iki nəfər xilasedicilər tərəfindən çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.
Əlavə məlumat veriləcək.
Oxşar xəbərlər
Gəncədə dağıntılar altından 17 yaralı çıxarılıb -
Son Xeberler
17 saat sonra daha üç nəfər xilas edildi
Son Xeberler
Gəncədə dağıntılar altında qalan iki azyaşlının me...
Son Xeberler
Xırdalanda dağıntılar altından bir nəfərin cəsədi...
Son Xeberler
Gəncədə müvəqqəti operativ qərargah yaradılıb
Son Xeberler
Gəncədə dağıntılar altından sağ çıxan ailə... -
Son Xeberler