Göyçayda ev əşyaları ilə birlikdə yanaraq kül oldu - FOTO

15.01.2021 08:21 611 baxış sayı 2 dəq. oxuma
Göyçayda ev əşyaları ilə birlikdə yanaraq kül oldu -

Göyçay şəhərində güclü yanğın hadisəsi baş verib.

Metbuat.az-ın bölgə müxbiri xəbər verir ki, hadisə bu gün saat 05:00 radələrində rayonun Birinci-Ərəbcəbirli kəndində yerləşən Zakir Nəcəfov küçəsində olan birmərtəbədən ibarət fərdi yaşayış evində qeydə alınıb. Kənd sakini Muştaqov Abbas Bəybala oğluna məxsus olan evdə baş verən yanğının söndürülməsi və qarşısının alınması üçün hadisə yerinə Göyçay Dövlət Yanğından Mühafizə Hissəsinin 2 yanğınsöndürən avtomobili və canlı qüvvəsi cəlb olunub. Yanğın zamanı evin əşyalarının bir qismi tamamilə yanaraq kül olub.
Hadisənin hələ ki, hansı səbəbdən baş veriyi müəyyən olmayıb.

Yanğın zamanı xəsarət alan olmayıb. Faktla bağlı araşdırma aparılır.

 
 
A
İnvestigativ jurnalist

Korrupsiyaya qarşı mübarizə və şəffaflıq mövzularında yazıram. İnvestigativ jurnalistika mənim əsas maraq sahəmdir.

Bütün məqalələrə baxın
Paylaş: