🎉 Son Yeniliklər: Yeni dizaynımızı istifadəyə verdik.

Axtar

Məşhur kanallar

Bugun.az
Bugun.az
8 abunə
Son Xeberler
Son Xeberler
8 abunə
Anar Türkeş
Anar Türkeş
6 abunə
SON Xəbər
SON Xəbər
4 abunə

Gürcüstanda etirazlar: Polisə hücum anları lentə alındı

03.12.2024 23:47 17 baxış sayı 2 dəq. oxuma
Gürcüstanda etirazlar: Polisə hücum anları lentə alındı

Gürcüstanda hökumətin Avropa İttifaqına inteqrasiya danışıqlarını 2028-ci ilədək dayandırmasına etiraz olaraq başlayan aksiyalar davam edir. Daxili İşlər Nazirinin müavini Aleksandr Daraxvelidzenin verdiyi məlumata görə, Tbilisidə parlament binasının qarşısında keçirilən etirazlarda bəzi fəallar polislərə hücum ediblər. Hazırda 298 nəfər saxlanılıb, 143 polis isə yaralanıb.


Etirazlar zamanı gənc bir qadının xüsusi təyinatlı polisə hücum etməsi kameralara düşüb. Bu hadisə sosial mediada geniş yayılıb və ictimaiyyətdə narazılığa səbəb olub.


Qeyd edək ki, 26 Oktyabrda keçirilən parlament seçkilərində “Gürcü Arzusu” partiyası qalib gəlmiş, amma müxalifət və prezident seçki nəticələrini tanımayıb və küçə aksiyaları başlayıb.


Prezident Salome Zurabişvili seçki nəticələrinin ləğv edilməsi üçün Konstitusiya Məhkəməsinə müraciət edib. Müxalifət isə seçkilərin təkrar keçirilməsini tələb edir. Baş nazir İrakli Kobaxidze isə seçkilərin demokratik şəkildə keçirildiyini bildirib və müxalifəti ölkədə qeyri-sabitlik yaratmağa çalışmaqda ittiham edib.


Parlament 28 noyabrda etirazlara baxmayaraq, Kobaxidzenin təşkil etdiyi yeni hökumətə etimad səsini verib.


Seçki nəticələrinə görə, “Gürcü Arzusu” partiyasının 150 yerlik parlamentdə 89, müxalifətin isə 61 deputatı var.


Paylaş: