Son Xeberler
Son Xeberler

26.07.2020 20:24

6 abunə

409

Gürcüstandan Ermənistana 300 hərbi texnika aparılıb? - RƏSMİ AÇIQLAMA

Gürcüstandan Ermənistana 300 hərbi texnika aparılıb? -

Rusiyanın 300 ədəd hərbi texnikanı Gürcüstan ərazisindən keçməklə Ermənistana göndərməsi barədə məlumatlar həqiqəti əks etdirmir. Bu, hansısa siyasi partiyanın nəzarətində olan KİV-lərin ucuz təbliğatından başqa bir şey deyil.

Belə bir bəyanatla Gürcüstan Baş Nazirinin müşaviri İrakli Çikovani çıxış edib.

Onun sözlərinə görə, bəzi KİV-lərin öz havadarlarının maraqlarına uyğun yalan materiallar yaymasının heç bir mənası yoxdur.

“Azərbaycan Gürcüstanın strateji tərəfdaşıdır. Qafqazda sülhə alternativ yoxdur və bizim mövqeyimiz dəyişməyib”, - deyə Çikovani vurğulayıb ki, Gürcüstanın öz tərəfdaşları ilə bağlı mövqeyi dəyişməzdir.

2024 UG.news © Bütün hüquqlar qorunur.

x
This website is using cookies. More info. That's Fine