Hans Klüge: "İkinci dalğaya hazır olmalıyıq"

18.06.2020 09:15 640 baxış sayı 2 dəq. oxuma
Hans Klüge: "İkinci dalğaya hazır olmalıyıq"

“Koronavirus və onun səmərəli müalicə üsulları barədə gündən-günə daha çox məlumat əldə edirik”.

Bu barədə keçirdiyi onlayn brifinq zamanı Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Avropa Regional Bürosunun direktoru Hans Klüge bildirib.

“Əhalinin 22 faizində koronavirusa yoluxarkən fəsad təhlükəsi yaradan azı bir əlaqədar xəstəlik var. Həmçinin payızda qrip mövsümü də başlayır. 2018-2019-cu illərdə qripdən 150 minədək adam ölüb. Qripdən peyvənd aparmaqla həkimlərin və qripə qarşı həssas olanların yoluxmasını müəyyən qədər əngəlləmək mümkündür”, – o deyib.

ÜST rəsmisi koronavirus xəstələrinə qarşı ayrı-seçkiliyin yolverilməz olduğunu da vurğulayıb.

H.Kluge həmçinin koronavirus böhranının heç də dəf edilmədiyini vurğulayıb: “Ümümu karantin və sosial məsafə qaydasının tətbiqi bizə vaxt qazandırdı. Bundan yararlanaraq hazırlıq səviyyəsini, düzgün tibbi yardım səviyyəsini yüksəltməliyik. Ümidimizi itirməyərək eyni zamanda, koronavirusun ikinci dalğasına da hazırlaşmalıyıq. İndi görəcəyimiz tədbirlər ümumi nəticəni müəyyənləşdirəcək”.

O
Ekologiya müxbiri

Ekologiya və ətraf mühit mövzularında yazıram. İqlim dəyişikliyi və yaşıl enerji mənim prioritet mövzularımdır.

Bütün məqalələrə baxın
Paylaş: