Haşim Taçi saxlanıldı
Tanınmamış Kosova Respublikasının Prezidenti Haşim Taçi istefasından sonra Haaqada polis tərəfindən saxlanılıb.
Bu barədə tanınmamış Kosova Prokurorluğu məlumat yayıb. Bildirilib ki, Taçi ilə bərabər parlament sədri Kadri Veseli, “Kosovo Azadlıq Ordusu”nun (UÇK) keçmiş komandiri Rəcəb Səlimi və UÇK-nın keçmiş sözçüsü Yaqub Krasniçi də həbs edilib.
Onların barələrində müharibə cinayətlərinə dair iddianamənin hazırlandığı bildirilib. Məhkəmə Taçi, Veseli, Selimi və Krasniçinin 1998-ci ilin martı və 1999-cu ilin sentyabr aralıqlarında törədilmiş hərbi cinayətlərdə və insanlığa qarşı cinayətlərdə günahlandırıldığını qeyd edib.
Sənəddə vurğulanıb ki, adları çəkilən şəxslər 100 nəfərin ölümünə məsul şəxslərdir.
Xatırladaq ki, H. Taçi Haaqa Xüsusi Məhkəməsində 1998-1999-cu illərdə müharibə cinayətlərinə görə ona qarşı açılan iddianamənin təsdiqləməsindən sonra istefa verib.
Oxşar xəbərlər
Haşim Safiyuddin öldürüldü
Xəbər Anı
"Hizbullah"ın Başçılıq üçün Əsas Namizədi Öldürüld...
Son Xeberler
İsrail Livana Yenidən Hücum Etdi: Haşim Safiyuddin...
Son Xeberler
SON DƏQİQƏ: Kamil Zeynallı yenidən saxlanıldı
Son Xeberler
Şuşa Hərbi Komissarlığı Rəisi Saxlanıldı
Son Xeberler
Azərbaycanda iki məmur saxlanıldı —
Son Xeberler