"Həmsədrlər baş qatırlar, bir müzakirə 30 il davam edə bilər?" - Ərdoğan
“Türkiyədə təxminən 100 minə yaxın erməni yaşayır. Onlar ölkəmizdə mövcud olan hər cür imkandan istifadə edirlər. Biz onlara qarşı neqativ münasibət göstərməmişik”.
Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan AKP-nin qrup iclasında çıxışı zamanı deyib:
“Amma ermənilər mənim azərbaycanlı qardaşlarımın torpaqlarını işğal ediblər, azərbaycanlı əhali torpaqlarını tərk etmək məcburiyyətində qalıb. Azərbaycan öz torpaqlarını istəyir, başqa hər hansı tələb yoxdur. ATƏT-in Minsk Qrupunun həmsədr dövlətləri – ABŞ, Rusiya və Fransa hələ də baş qatmaq taktikasından istifadə edirlər. Ortada işğal faktı var. Dünyada insan haqları, demokratiya varsa, həmsədrlər münaqişəni uzatmamalı, həmin torpaqları sahiblərinə qaytarmalıdır. Bir müzakirə 30 il müddətinə davam edə bilər? İndi də vəziyyət bu həddə gəlib çatıb. Bizə zəng edirlər ki, mücahidləri guya Suriyadan Qarabağa göndəririk. Bizim belə dərdimiz yoxdur. Biz Azərbaycana dəstək verdik və bu dəstəyi yenə də verəcəyik. Yaxşı, Rusiyadan, Fransadan Ermənistana bu qədər silah-sursat gəlir, niyə bunlardan danışmırsınız? Vətən mübarizəsi aparan Azərbaycana Allahdan güc, qüvvət və zəfər arzulayıram”.
Oxşar xəbərlər
Bundan sonra həmsədrlərin işi nədən ibarət olacaq?...
Son Xeberler
Həmsədrlər cəbhədəki vəziyyətlə bağlı bəyanat yayd...
Son Xeberler
ATƏT-in Minsk Qrupu həmsədrləri bəyanat yayıb
Son Xeberler
Həmsədrlər Azərbaycan və Ermənistana
Son Xeberler
Paytaxt Bakıdan başqa şəhərə köçürülür?-
Son Xeberler
Məktəblər nə vaxt açıla bilər? -
Son Xeberler