Hərbi-vətənpərvərlik mövzusunda onlayn tədbir keçirilib
26 iyun - Silahlı Qüvvələr Günü ərəfəsində məktəblilərlə videoəlaqə vasitəsilə hərbi-vətənpərvərlik mövzusunda onlayn tədbir keçirilib.
Müdafiə Nazirliyindən verilən məlumata görə, “Ordun varsa, yurdun var!” adlı tədbirdə Müdafiə Nazirliyi Şəxsi Heyət Baş İdarəsinin Qadınlar və Hərbi Qulluqçuların Ailələri ilə iş üzrə şöbəsinin müdiri Zümrüd Səmədova, Xətai rayonu İcra Hakimiyyətinin şöbə müdiri Pənah İmanov, Xətai rayonu şəhid Ayaz Məhərrəmov adına 95 nömrəli orta məktəbin direktoru Elçin Abdullayev, F.Köçərli adına Respublika Uşaq Kitabxanasının direktoru Şəhla Qəmbərova, məktəblilər və başqaları iştirak ediblər.
Çıxış edənlər dünyanın inkişaf etmiş orduları ilə eyni sırada yer alan ordumuzun gücündən danışıblar. Vurğulanıb ki, Aprel döyüşlərində Lələtəpəyə, Bayraqtəpəyə sancılan üçrəngli bayrağımızı igid, mərd oğullarımız Ali Baş Komandan cənab İlham Əliyevin əmri ilə tezliklə işğaldan azad edəcəyimiz torpaqlarımızda dalğalandıracaqlar. Orduda qadınların xidmətləri də xüsusi qeyd edilib. Bildirilib ki, Azərbaycan Ordusunun bütün qoşun növlərində, xüsusi təyinatlı təhsil müəssisələrində, hərbi tibb ocaqlarında və digər sahələrdə xidmət edən yüzlərlə hərbi və mülki işlərdə çalışan xanımlarımızın əməyi daim yüksək qiymətləndirilir.
Məktəblilər də milli qəhrəmanlarımızın şücaətlərini özünə nümunə bildiklərini deyib, Vətəni onlar kimi sevəcəklərinə söz veriblər. Dövlətimizin, xalqımızın şəhidlərə verdiyi dəyərdən danışan şagirdlər ölkəmizin ərazi bütövlüyü uğrunda şəhid olan Ayaz Məhərrəmov adına məktəbdə oxuduqlarına görə fəxr etdiklərini bildiriblər.
Sonda mövzuya dair ədəbi-bədii onlayn kompozisiya təqdim edilib.
Oxşar xəbərlər
Hərbi hissədə növbəti ideoloji tədbir keçirilib -
Son Xeberler
Daşkəsəndə Zəfər Günü münasibətilə tədbir keçirili...
Bugun.az
Sentyabrda məktəblər açılacaq? -
Son Xeberler
Naxçıvanda komandir hazırlığı sistemində məşğələlə...
Son Xeberler
“Bilik günü” keçiriləcək? -
Son Xeberler
BANM-də Xocalı soyqırımı qurbanları anıldı
Son Xeberler