🎉 Son Yeniliklər: Yeni dizaynımızı istifadəyə verdik.

Axtar

Məşhur kanallar

Son Xeberler
Son Xeberler
9 abunə
Bugun.az
Bugun.az
8 abunə
Anar Türkeş
Anar Türkeş
6 abunə
SON Xəbər
SON Xəbər
4 abunə

Hikmət Hacıyev Bakı Ali Neft Məktəbində - FOTO

15.02.2021 11:30 359 baxış sayı 5 dəq. oxuma
Hikmət Hacıyev Bakı Ali Neft Məktəbində -
Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Bakı Ali Neft Məktəbinin (BANM) kampusunu ziyarət edib.
 
BANM-dan verilən məlumata görə, o, ali məktəbdə yaradılmış tədris şəraiti, maddi-texniki baza, sosial infrastruktur və tədqiqat mühiti ilə yaxından tanış olub.
Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımov yüksək keyfiyyətli tədris üçün yaradılan şərait, innovasiyaların təhsildə tətbiqi, gələcək perspektivlər barədə qonağa ətraflı məlumat verib. Bakı Ali Neft Məktəbinin tədris otaqlarına, tədqiqat laboratoriyalarına, İnnovasiya Mərkəzinə, müasir texnoloji kitabxanasına, çoxprofilli konfrans zallarına, neft tarixinə dair nadir eksponatların yer aldığı muzeyə baxış keçirilib.
 
Daha sonra Hikmət Hacıyev BANM-in tələbə, professor-müəllim heyəti və əməkdaşlarının iştirak etdiyi görüşə qatılıb. Karantin qaydalarına uyğun şəkildə sadəcə bir qisim iştirakçı ilə təşkil edilən canlı görüş paralel olaraq onlayn formatda da yayımlanıb. Onlayn görüşə 900-dək iştirakçı qatılıb.
 
Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bildirib ki, ölkə başçısının yürütdüyü gənclər siyasətinin və təhsilə olan qayğısının nəticəsində bu gün Bakı Ali Neft Məktəbində müasir tədrisin komponentlərini özündə birləşdirən istər tədris metodologiyası baxımından, istər infrastruktur nöqteyi-nəzərindən çox mükəmməl bir ab-hava mövcuddur. O, hər zaman Bakı Ali Neft Məktəbinin fəaliyyətini, əsasən də, tələbə qəbulu imtahanları zamanı yüksək bal toplayan abituriyentlərin BANM-i seçməsini xüsusi diqqətlə izlədiyini vurğulayıb. 
 
O, Böyük Zəfərin qazanılmasında Azərbaycan Respublikası Prezidentinin 17 illik hakimiyyəti dövründə yetişən, ölkə başçısından ilhamlanan gənclərin rolundan danışarkən tələbə-mühəndisləri Ermənistanın vandalizm siyasətinin fəsadlarının aradan qaldırılması üçün innovativ həllər təklif etməyə səsləyib. 
 
Tədbirin gedişatında Hikmət Hacıyevə Baki Ali Neft Məktəbinin "Fəxri qonağı” plaketi təqdim olunub. 
 
Daha sonra Prezidentin köməkçisi BANM-in təşkil etdiyi "Vətən yaxşıdır” onlayn bədii qiraət müsabiqəsinin qalibinə diplom və mükafatını təqdim edib.
 

 

 

 

 

 

 

 

Paylaş: