12.06.2020 10:58
6
abunə
393
Hindistanda bir sutkada 11 minə yaxın insan koronavirusa yoluxub

Hindistanda son sutkada 10 956 nəfər koronavirusa yoluxub.


Bu barədə ölkənin Səhiyyə və Ailə Rifahı Nazirliyi məlumat yayıb.


Bildirilib ki, ölkədə son sutkada infeksiyadan 396 nəfər ölüb. Bununla da Hindistanda COVID-19-a yoluxanların sayı 297 535-ə, pandeymiya qurbanlarının sayı isə 8 498 nəfərə yüksəlib. 


Yoluxanların sayına görə hazırda Hindistan dünya üzrə dördüncü yerdədir. Ölkə ABŞ, Brazilya və Rusiyadan sonra gəlir.


Hindistanda 141 842 pasiyent xəstəxanada müalicə olunur. Koronavirusa yoluxan 147 194 nəfər sağalıb.


Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 213 ölkə və bölgədə qeydə alınıb.


Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 7,5 milyonu ötüb. Bunların 3,8 milyon nəfərdən çoxu sağalıb, 423 mindən çoxu isə ölüb.


Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.

Etiketlər:

Daxil olun


x
This website is using cookies. More info. That's Fine