Hirkanda baş vermiş yanğın lokallaşdırılıb

16.01.2021 18:32 386 baxış sayı 2 dəq. oxuma
Hirkanda baş vermiş yanğın lokallaşdırılıb

Hirkan Milli Parkının Astara rayonu ərazisində - onun yüksək dağlıq sahəsində baş vermiş yanğın lokallaşdırılıb.

Bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat katibi İradə İbrahimova bildirib.

"Yerli qurumlardan aldığımız məlumata görə, yanğının dağlıq ərazidə baş verməsi, havanın küləkli olması onun söndürülməsində müəyyən çətinliklər yaratsa da, artıq yanğının lokallaşdırılmasına nail olunub", - deyə o qeyd edib.

Nazirliyin rəsmisi qeyd edib ki, hazırda yanğının tam söndürülməsi və digər ərazilərə keçməsinin qarşısının alınması məqsədilə təxirəsalınmaz tədbirlər davam etdirilir.

O
Regional siyasət müxbiri

Yerli özünüidarə və regional siyasət haqqında yazıram. Bakıdan kənarda da nələr olduğunu bilmək vacibdir.

Bütün məqalələrə baxın
Paylaş: