Hollandiya Bankaları: Evdə Pul Saxlayın!
Hollandiya bankları, artan geosiyasi gərginlik səbəbindən vətəndaşları evdə nəğd pul saxlamağa çağırır.
Yerli mətbuatın verdiyi xəbərə görə, Hollandiya Banklar Birliyi, bayram günlərindən sonra keçiriləcək iclasında ödəniş sistemlərində baş verə biləcək siber hücumlar və digər problemləri müzakirə edəcək. İclasın ardından, ilk dəfə olaraq, dünya miqyasında artan geosiyasi gərginlik nəzərə alınaraq, əhaliyə evdə nəğd pul saxlamağı məsləhət görəcəklər. Həmçinin, mümkün problemlər zamanı nə qədər və hansı əskinasların saxlanmasının vacibliyi araşdırılacaq.
Müdafiə Naziri Ruben Brekelmans da əvvəlki açıqlamasında Hollandiyanın Rusiya təhlükəsinə hazır olması, bunun üçün də vətəndaşların həmişə evdə müəyyən miqdarda nəğd pul saxlamasının vacibliyini vurğulamışdı.
Bu çağırış, ölkədəki vətəndaşların narahatlığını artıra bilər və gündəlik həyatda ehtiyatlı olmağın vacibliyini bir daha göstərir.
Oxşar xəbərlər
Baş nazirdən təhsillə bağlı
Son Xeberler
Ailə faciəsi: 5 qardaş eyni evdə öldü
Xəbər Anı
Yeni statistika: New York-da xəstələrin 84%-i evdə...
Bugun.az
"Çıxıb boşboğazlıq etmək istəmirəm"
Şou Xəbər
Koronaviruslu xəstələrin evdə müalicəsinə başlayac...
Son Xeberler
Karantin vaxtı evdə əxlaqsız qadınlarla məclis qur...
Son Xeberler