Hulusi Akardan yeni fəaliyyətə başlayan Birgə Mərkəzlə bağlı - AÇIQLAMA

01.02.2021 18:38 666 baxış sayı 2 dəq. oxuma
Hulusi Akardan yeni fəaliyyətə başlayan Birgə Mərkəzlə bağlı -

“Birgə Mərkəz açıldı, fəaliyyət göstərməyə başladı. Ümidimiz, diləyimiz digər bütün çalışmalarla birlikdə, bu mərkəzin də iştirakı ilə atəşkəsin daimiləşməsi, sabitlik, sülh və hüzurun bölgədə hakim olmasıdır”.

Bunu Türkiyənin milli müdafiə naziri Hulusi Akar keçirdiyi videokonfransda dilə gətirib.

Nazir bildirib ki, bu çərçivədə ümid bölgədəki ölkələrin qarşılıqlı olaraq bir-birinə, haqq və mənfəətlərinə hörmət, beynəlxalq hüquq çərçivəsində həm etibarlı, həm də firavan şəkildə yaşamalarıdır:

“Diləyimiz, arzumuz budur. Bu məsələni cənab prezidentimiz dəfələrlə dilə gətirib. Cənab Əliyevlə görüşülüb, cənab Putinlə paylaşılıb. Bu çərçivədə diləyimiz sülh və hüzurun bölgəyə hakim olmasıdır”.

K
İnsan hüquqları müxbiri

İnsan hüquqları və vətəndaş cəmiyyəti mövzularında ixtisaslaşmışam. Bu sahədə qeyri-hökumət təşkilatlarında da işləmişəm.

Bütün məqalələrə baxın
Paylaş: