IATA: Bu il "aviasiya tarixinin ən pis ili" olacaq

10.06.2020 06:45 570 baxış sayı 1 dəq. oxuma
IATA: Bu il "aviasiya tarixinin ən pis ili" olacaq

Koronavirus (COVID-19) pandemiyasının bu il qlobal aviasiya sənayesinə vurduğu zərərin məbləği rekord həddə - 84 milyard ABŞ dollarına yüksələcək. 

"Reuters" agentliyi xəbər verir ki, bunu Beynəlxalq Hava Nəqliyyatı Assosiasiyası (IATA) bəyan edib. 


Qurum 2020-ci ili “aviasiya tarixinin ən pis il”i adlandırıb. 


Qeyd edək ki, IATA gələn il sərnişin axınının bu ilə nisbətən 55% artacağını, ötən ilə nisbətən isə 29% az olacağını proqnozlaşdırır. 

Texnologiya redaktoru

Texnologiya sahəsində 8 ildir yazıram. Bakıda keçirilən ilk startap müsabiqələrinin birində iştirak edib, o vaxtdan bu mövzuya marağım daha da artıb....

Bütün məqalələrə baxın
Paylaş: