
İcazəsi olan şəxsin avtomobilinin baqajında şəhərə gəlmək istəyən şəxs yaxalandı

Koronavirus pandemiyası ilə mübarizədə tətbiq edilən sərt karantin qaydalarına zidd olaraq Bakı şəhərinə avtomobilin yük yerində gəlmək istəyən şəxs və nəqliyyat vasitəsinin sürücüsü polis əməkdaşları tərəfindən müəyyən olunublar.
DİN-in mətbuat xidməti xəbər verir ki, Abşeron Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən keçirilən tədbir zamanı qaydalara əməl etməyən paytaxt sakini Anar Xəlilov bu gün Masazır qəsəbəsində yerləşən polis postunda saxlanılıb.
Sürücü yoxlanılan zaman onun sərt karantin dövründə hərəkət icazəsinin olduğu müəyyən edilib. Amma sürücünün nəqliyyat vasitəsi yoxlanılarkən avtomobilin yük yerində bir nəfərin gizləndiyi məlum olub. Araşdırma zamanı həmin şəxsin Füzuli rayon sakini Tofiq Səfərov olduğu və onun sərt karantin rejimində hərəkət icazəsinin olmadığı müəyyən edilib. Sürücü və sərnişin saxlanılaraq Abşeron Rayon polis İdarəsinə gətiriliblər.
Hər iki şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə nəzərdə tutulan qaydada protokol tərtib olunub. Onlar məhkəmənin qərarı ilə 20 sutka inzibati qaydada həbs ediliblər.
Korrupsiyaya qarşı mübarizə və şəffaflıq mövzularında yazıram. İnvestigativ jurnalistika mənim əsas maraq sahəmdir.
Bütün məqalələrə baxınOxşar xəbərlər

E-İmza İşində Əsas Həbs: Qaçaq Düşmüş "1 Nömrə" Ya...
Son Xeberler

Dəhşətli qəzaya səbəb olan maşını yeniyetmə sürürm...
Bugun.az

ABŞ Ədliyyə Nazirliyi HƏMAS-ın İsrailə hücumunda ş...
Azəri Xəbər

"Tarqovı" insan qaynayırdı: Şəhərə çıxan bu insanl...
Son Xeberler

Hədə-qorxu ilə pul tələb edən şəxs saxlanıldı
Bugun.az

Bakı qeydiyyatında olan şəxslər rayondan necə gələ...
Son Xeberler