İhsanoğlu Prezidentə məktub ünvanladı
İslam Əməkdaşlıq Təşkilatının 9-cu Baş katibi, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin üzvü Ekmələddin İhsanoğlu Azərbaycan Prezidenti İlham Əliyevə məktub ünvanlayıb.
Məktubda deyilir:
“Otuz ilə yaxındır insan hüquqlarının və beynəlxalq hüquq normalarının pozulması ilə davam edən Azərbaycan ərazilərinin ermənilər tərəfindən işğalına Sizin müdrik rəhbərliyiniz və Ali Baş Komandanlığınız ilə hökumətinizin və Azərbaycan Ordusunun parlaq Qələbəsi sayəsində son qoyulmasını böyük qürur və sevinc hissi ilə izləyirik.
Hazırda Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin üzvü kimi və əvvəllər İslam Əməkdaşlıq Təşkilatının (İƏT) 9-cu Baş katibi vəzifəsində olarkən Qarabağda baş verən hadisələri daim yaxından izləmişəm. Həmişə inanmışam ki, gün gələcək, Azərbaycan xalqı doğma torpaqlarını işğaldan azad edəcək. Həmin gün artıq gəlib çatıb.
Mən səmimi-qəlbdən inanıram ki, işğal olunmuş torpaqlarınızı azad etməklə qazandığınız bu qələbə və müvəffəqiyyət müsəlman dünyasındakı digər bənzər problemlərin həllinə nümunə olacaq.
Beynəlxalq forumlarda Azərbaycanın haqq işinin təbliğ edilməsində Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin mühüm rol oynamasından qürur duyuram.
Zati-aliləri, xahiş edirəm, ən yüksək hörmət və ehtiramımı qəbul edin”.
Oxşar xəbərlər
Prezident Bidzina İvanişviliyə məktub ünvanladı
Son Xeberler
“Məktubları oxuyanda sevinc göz yaşlarımı saxlaya...
Son Xeberler
Əsirlikdə olan Amin ailəsinə məktub göndərdi -
Son Xeberler
Sabiq Baş Nazir Prezidentə məktub göndərdi
Son Xeberler
Rumıniyanın sabiq Baş Nazirindən Prezidentə məktub
Son Xeberler
Əsirlikdə olan Bayram ailəsinə xəbər göndərdi
Son Xeberler