İlham Əliyev “Fairmont”dakı karantin pozulmasından danışdı VİDEO
“Xəstəliyin yayılmasının başlıca səbəbi bəzi insanların məsuliyyətsizliyidir. Onlar sadə qaydaları gözləmirlər, bunlara əməl etmirlər. Ona görə biz məcbur olub cərimələri artırdıq. Bəzi hallarda karantin rejimini pozanlara qarşı sərt addımlar atmağa məcbur oluruq. Ancaq onlar da öz məsuliyyətini dərk etməlidirlər”.
Bu sözləri Prezident İlham Əliyev yerli telekanallara müsahibəsində deyib.
Ölkə başçısı ötən gün “Fairmont Baku” hotelində baş vermiş hadisədən də söz açıb:
“Bütün qaydalar insanların, o cümlədən karantin rejimini pozanların sağlamlığının qorunmasına hesablanıb. Amma biz görürük ki, insanlar bu rejimi nümayişkaranə pozurlar. Dünən məşhur bir oteldə baş verən o biabırçı hadisə dözülməzdir. Ona görə, əlbəttə, Azərbaycan polisi düz edərək müdaxilə edib. Polis orqanlarına mənim tərəfimdən çox ciddi göstəriş verilibdir ki, bütün pozuntulara adekvat reaksiya verilməlidir.
Heç kim qanundan üstün deyil - istər yerli, istər xarici şirkət, istər yerli vətəndaş, istər xarici vətəndaş olsun, fərq etmir, biz xalqımızı qorumalıyıq, biz xalqımızın sağlamlığını qorumalıyıq. Eyni zamanda, mövcud qanunlar və karantin rejimi ilə bağlı tətbiq edilən qaydalar hər kəs üçün əsas olmalıdır.
Ona görə biz bundan sonra da bu istiqamətdə addımlarımızı atacağıq. Əgər o qaydaları pozan insanlar daha məsuliyyətli olarlarsa və nizam-intizama riayət edərlərsə, hesab edirəm ki, biz pandemiyanı nəzarətdə saxlaya biləcəyik”.
Oxşar xəbərlər
Polis “Fairmont otel”də əməliyyat keçirdi -
Son Xeberler
DİN-dən "Fairmont Baku"nun rəhbəri ilə bağlı
Son Xeberler
"Fairmont"da karantini pozan şəxslərdən biri jurna...
Son Xeberler
Brilliant Dadaşovanın oğlu xalqı təhqir etdi
Şou Xəbər
“Fairmont” müştərilərdən üzr istədi, gözlənilən ad...
Son Xeberler
Bakıda məşhur hoteldə karantin qaydaları pozuldu...
Son Xeberler