İlham Əliyev koronavirus vaksini hazırlayan bəzi ölkələri sərt TƏNQİD ETDİ
“Düzünü deyim ki, əgər biz bütün istehsalçılarla razılaşma əldə etməsəydik, bu gün biz də vaksinsiz qalacaqdıq”.
Bunu Prezident İlham Əliyev keçirdiyi mətbuat konfransında deyib.
“Biz hələ bir neçə ay öncə “AstraZeneca”nı əldə etməli idik, “Sputnik”i əldə etmədik, COVAX üzrə “Pfizer”, “Moderna”nı əldə etmədik və bizə bunu nə vaxt əldə edə biləcəyimizi demirlər. Yaxşı ki, bizim çinli tərəfdaşlarımız öz öhdəliklərini yerinə yetirirlər.
Bizim bunu almağa vəsaitimiz də var. Bəs vəsaiti olmayanlar nə etməlidir? Ölməlidirlər? Demək, varlılar özlərini aşılayacaqlar, istehsalı özlərinə götürəcəklər, elementar insanlıq davranış normalarını rədd edəcəklər, bununla da, yoxsul ölkələr əziyyət çəkməlidir? Hansı bərabərlikdən danışa bilərik?” - dövlət başçısı bildirib.
Oxşar xəbərlər
Bir sıra ölkələr koronavirus peyvəndindən imtina e...
Son Xeberler
Koronavirus YOX OLUR -
Son Xeberler
Əhaliyə vurulan koronavirus vaksini nədən hazırlan...
Son Xeberler
Bəzi şəxslərə koronavirus vaksini vurulmayacaq -
Son Xeberler
ŞAD xəbər az öncə gəldi -
Son Xeberler
Əhaliyə vurulan vaksinin tərkibində nə var? - HƏKİ...
Son Xeberler