İlk dəfə xanımlar rayon prokuroru təyin olundu

19.06.2020 12:38 745 baxış sayı 1 dəq. oxuma
İlk dəfə xanımlar rayon prokuroru təyin olundu

Müstəqil Azərbaycan Prokurorluğunun tarixində ilk dəfə olaraq xanım prokurorluq əməkdaşları vəzifədə irəli çəkilib və rayon prokuroru vəzifələrinə təyinatlar alıblar.

Bu barədə Baş Prokurorluğun Mətbuat xidmətindən bildirilib.

Baş prokuror Kamran Əliyevin imzaladığı müvafiq əmrlərlə Bakı şəhəri Nizami rayon prokurorunun köməkçisi Səadət Rüstəmova tutduğu vəzifədən azad edilərək Qobustan rayon prokuroru təyin edilib.

Baş Prokurorluğun Ədliyyə, gömrük və vergi orqanlarının istintaq, təhqiqat və əməliyyat-axtarış fəaliyyətində qanunların icrasına nəzarət idarəsinin böyük prokuror – metodisti Lalə Hüseynova isə tutduğu vəzifədən azad edilərək Zəngilan rayon prokuroru vəzifəsinə təyin edilib

S
Texnologiya müxbiri

ADA Universitetində kompüter elmləri üzrə təhsil almışam. Texnologiya xəbərlərini sadə dillə yazmağı bacarıram, çünki özüm də kod yazıram. Xüsusilə mo...

Bütün məqalələrə baxın
Paylaş: