30.10.2020 09:23
6
abunə
542
İmişlidə dezinfeksiya işləri mütəmadi həyata keçirilir - FOTOLAR

İmişli Rayon İcra Hakimiyyəti tərəfindən rayon ərazisində koronavirus (COVID-19) pandemiyasına qarşı mübarizənin daha da genişləndirilməsi və əhalinin sağlamlığının qorunması məqsədi ilə Nazirlər Kabineti yanında fəaliyyət göstərən Operativ Qərargahın tələb və tövsiyələrinə uyğun olaraq zəruri tədbirlərin görülməsi davam etdirilir.

RİH-dən  verilən məlumata görə, ötən gün rayonun H.Əliyev prospektində, N.Savalanov, 20 Yanvar, M.Əsədov, H.Aslanov, T.İsmayılov, S.Qazıyeva və P.Həsənov küçələrində xüsusi kimyəvi maddələrlə gücləndirilmiş dezinfeksiya işləri həyata keçirilib.

Mərkəzi küçələrlə yanaşı rayonun çoxmərtəbəli yaşayış binalarında, yol kənarlarında, parklarda, obyektlərin qarşısında və sakinlərin ən çox istifadə etdiyi digər yerlərdə dezinfeksiyaedici aparatlarla tibbi-profilaktiki işlər aparılmışdır. Eyni zamanda sosial müavinətlərin və təqaüdlərin verilməsi ilə bağlı yerli bankların önündə yarana biləcək sıxlığın qarşısının alınması məqsədi ilə həmin ərazilərə rayon İcra Hakimiyyətində yaradılmış mobil qruplar tərəfindən ciddi nəzarət edilir.       

Qeyd edək ki, İmişli rayonu ərazisində tibbi-profilaktik və dezinfeksiya işləri mütəmadi olaraq davam etdirilir.  

 





Daxil olun


x
This website is using cookies. More info. That's Fine