Son Xeberler
Son Xeberler

30.11.2020 11:16

6 abunə

512

İngiltərədə quş qripi sürətlə yayılır

İngiltərədə quş qripi sürətlə yayılır

İngiltərədə quş qripi sürətlə yayılmağa başlayıb.  ölkənin şimalındakı Yorkşir bölgəsində virus aşkarlanıb.

Baytarlıq İdarəsinin direktoru Kristin Middlmis açıqlamasında Nortallerton yaxınlığındakı bir fermada quş qripi aşkarlandığını və bu epidemiyanı dayandırmaq üçün oradakı 10 min 500 hind quşunun tələf ediləcəyini deyib.

Həmçinin İngiltərənin Kent şəhərindəki bir ticarət obyektində quş qripi aşkar edilib və 480 quşun tələf ediləcəyi açıqlanıb.

İngiltərə Xalq Sağlamlığı Birliyi (PHE) vətəndaşların təşvişə düşməməyi barədə çağırış edib: “Xəstə və ya ölü quşlara toxunmayın və hər hansı bir heyvanla təmasda olduqdan sonra əllərinizi sabunla yuyun”.