🎉 Son Yeniliklər: Yeni dizaynımızı istifadəyə verdik.

Axtar

Məşhur kanallar

Bugun.az
Bugun.az
8 abunə
Son Xeberler
Son Xeberler
8 abunə
Anar Türkeş
Anar Türkeş
6 abunə
SON Xəbər
SON Xəbər
4 abunə

İntihar edən Sevilin ailəsi danışdı - VİDEO

21.02.2021 17:04 738 baxış sayı 3 dəq. oxuma
İntihar edən Sevilin ailəsi danışdı -

Bir neçə gün əvvəl Xətai rayonunda çoxmərtəbəli binanın 20-ci mərtəbəsindən özünü ataraq intihar edən 20 yaşlı Sevil Atakişiyevanın ailəsi açıqlama verib.

 “Baku TV”yə danışan ailə üzvləri Binə qəsəbəsində yaşadıqlarını və Sevilin intihar etdiyi bina ilə heç bir əlaqələri olmadığını deyib.

Ata Samir Atakişiyev qızına qarşı hər hansı şiddət göstərmədiyini və onunla münasibətinin hər zaman yaxşı olduğunu bildirib:

“Mən onu canımdan artıq istəyirdim. Əzazil ata olsaydım, nə instituta qoyardım, nə şəhərə çıxmağa, nə də kimlərləsə dostluq etməyə”.

Anası Hicran Atakişiyevanın sözlərinə görə, Sevil sevdiyi oğlanla nişanlı olub:

“Atası ilə də, nişanlısı ilə də münasibəti normal idi. Ölümündən 2 gün qabaq da atası və qardaşı ilə gəzintidə olublar”.

H.Atakişiyevanın sözlərinə görə, Sevil intihar etdiyi gün rəfiqəsi Tükəz və nişanlısı Pünhan ona zəng vurub Sevilin evə gəlib-gəlmədiyini soruşublar. O bildirib ki, Sevilin nə üçün həmin binada intihar etməsi ilə bağlı hər hansı məlumatları yoxdur.

 
Paylaş: