
İqtisadçı: “Dollar rekord səviyyədə ucuzlaşacaq”

2021-ci ildə dollar 35 faiz ucuzlaşa bilər.
Bu barədə “Jackson Institute of Global Affairs” tədqiqat mərkəzinin əməkdaşı Stiven Rouçun “Bloomberg Today”də dərc olunan yazısında qeyd edilib.
Müəllif iddia edir ki, dolların dünyanın əsas ehtiyat valyutası kimi “hədsiz imtiyaz” dövrü sona yaxınlaşır.
İqtisadçının fikrincə, dollar üçün əsas təhlükə prezident Donald Trampın idarəçiliyi dövründə ABŞ-ın qlobal liderliyinin zəifləməsidir.
S.Rouç koronavirus pandemiyasının da ABŞ iqtisadiyyatına ciddi zərər vurduğunu qeyd edib.
Ekspert xəbərdarlıq edir ki, D.Trampın prezidentliyi ABŞ-ın beynəlxalq təşkilatlar və müttəfiqləri arasında nüfuzuna xələl gətirir.
Eyni zamanda, ABŞ-ın dövlət borcu tarixi rekord səviyyəyə çatıb və koronavirus pandemiyası fonunda 26 trilyon dolları keçib.
Daşınmaz əmlak bazarı və tikinti sektoru üzrə yazıram. Bakının necə dəyişdiyini izləmək maraqlıdır.
Bütün məqalələrə baxınOxşar xəbərlər

Azərbaycanda benzin ucuzlaşır
SON Xəbər

“Apple” 180 milyard dollar itirdi
Son Xeberler

Türkiyədə dollar tarixi rekord qırdı
Bugun.az

Beyons 100 milyon dollar qazanacaq
Şou Xəbər

Vahid Ələkbərov bu il 6 milyard dollar itirib
Son Xeberler

“Dow Jones” indeksi rekord vurub
Son Xeberler