🎉 Son Yeniliklər: Yeni dizaynımızı istifadəyə verdik.

Axtar

Məşhur kanallar

Bugun.az
Bugun.az
8 abunə
Son Xeberler
Son Xeberler
7 abunə
Anar Türkeş
Anar Türkeş
6 abunə
SON Xəbər
SON Xəbər
4 abunə

İran Qərbdən Yenidən Xəbərdarlıq Etdi: Nüvə Silahlanma Təhlükəsi

28.11.2024 22:47 8 baxış sayı 3 dəq. oxuma
İran Qərbdən Yenidən Xəbərdarlıq Etdi: Nüvə Silahlanma Təhlükəsi

Dünyanı geri dönməz bir fəlakətə sürükləyə biləcək nüvə təhlükəsi yenidən gündəmə gəldi. Rusiya-Ukrayna müharibəsindəki artan gərginlik və qarşılıqlı nüvə təhdidlərinin fonunda, bu dəfə İran-dan nüvə silahlanma təhdidi səsləndi. İran Xarici İşlər Naziri Abbas Əraqi, Qərbin sanksiyaları bərpa etməklə hədələməsi halında, ölkəsinin "nüvə silahına yiyələnə biləcəyini" bildirdi.


İran Qərbdən yenidən xəbərdarlıq etdi: Nüvə silahlanma təhlükəsi


Əraqi, İranın əvvəllər də nüvə silahı istehsal etmək potensialına malik olduğunu, ancaq bunun ölkənin təhlükəsizlik strategiyasının bir parçası olmadığını vurğuladı. O, "Avropa ölkələri BMT Təhlükəsizlik Şurasında İrana qarşı sanksiyaları yenidən tətbiq edərsə, İrandakı hər kəs nüvə silahı əldə etməmək doktrinasının səhv olduğuna əmin olacaq" dedi.


Cenevrədə İran və Avropa nümayəndələri arasında keçiriləcək görüşə toxunan Əraqi, "Əslində bu görüş, mövcud vəziyyətdən çıxış yolunun olub-olmadığını araşdırmaq üçün beyin fırtınasıdır. Bu görüşə nikbin deyiləm, çünki İranın düzgün tərəflə danışıb-danışmadığından əmin deyiləm. Avropa ölkələri, xüsusən İngiltərə, Almaniya və Fransa müqavimət siyasətini seçmiş kimi görünür" ifadələrini işlətdi.


Beynəlxalq Atom Enerjisi Agentliyinin (BAEA) İran əleyhinə qərarını xatırladan Əraqi, "İran, BAEA-nın qərarından sonra minlərlə yeni və son dərəcə inkişaf etmiş sentrifuq cihazlarını işə salmaq qərarı aldı. Bu cihazlar artıq işləyir. Bu, onların təzyiqinin nəticəsidir" dedi.


Ölkəsinin Nüvə Silahlarının Yayılmasının Qarşısının Alınması Müqaviləsinə (NPT) sadiq qaldığını və əməkdaşlığa açıq olduğunu bildirən Əraqi, "Hazırda uranın zənginləşdirilməsində faiz 60-dan yuxarıya çıxmağı planlaşdırmırıq. Bu, hazırkı qərarımızdır. Bu məsələnin ləyaqətlə həll olunması üçün əməkdaşlığı seçdiyimizi bir daha vurğulamaq istəyirəm" dedi.


İran, İngiltərə, Fransa və Almaniya xarici işlər nazir müavinlərinin İranın nüvə proqramı və regional hadisələri müzakirə etmək üçün noyabrın 29-da Cenevrədə görüşəcəyi gözlənilir.


Paylaş: