🎉 Son Yeniliklər: Yeni dizaynımızı istifadəyə verdik.

Axtar

Məşhur kanallar

Son Xeberler
Son Xeberler
9 abunə
Bugun.az
Bugun.az
8 abunə
Anar Türkeş
Anar Türkeş
6 abunə
SON Xəbər
SON Xəbər
4 abunə

İran üzərinə hücum planı hazırlandı: Tarix açıqlandı

22.10.2024 21:47 57 baxış sayı 3 dəq. oxuma
İran üzərinə hücum planı hazırlandı: Tarix açıqlandı

Dünya İranın İsrailə hücum etməsindən sonra İsrailin necə və nə vaxt cavab verəcəyini müzakirə edərkən, İsrail mediasında ehtimal olunan hücumla bağlı yeni iddialar səslənir.

İsrailin Kanal 13 telekanalında yayımlanan xəbərdə deyilir ki, İsrailin İrana hücum planı hazırdır və hücumun bir neçə günə həyata keçiriləcəyi gözlənilir. Xəbərdə, ABŞ-ın İsrailin İrana mümkün hücumu yumşaltmasını istədiyi iddia edilir. Washingtonun Tel Avivdən Livandakı yerüstü hücumların tamamlanmasını da "təxirə salmasını" istədiyi bildirilir.

İsrailin Kanal 12 telekanalı isə Tel Avivin İrana mümkün hücum planının hazır olduğunu və "bir neçə gün sonra" həyata keçiriləcəyini iddia edir. Adı açıqlanmayan İsrail rəsmilərinə istinadən xəbərdə Tel Avivin hücumdan sonra İranın "dərhal cavab verəcəyi" gözlənildiyi bildirilir. Hər iki xəbərə dair İsrail rəsmilərindən heç bir rəsmi bəyanat verilmir.

İran İslam İnqilabı Keşikçiləri Korpusu 1 oktyabrda "İsrailin milli təhlükəsizliyini hədəf alan İsrailə" raket hücumu həyata keçirdiyini bildirmişdi. Hücumun Hamas rəhbəri İsmail Haniyyə, Hizbullah rəhbəri Həsən Nasrallah və İran generalı Abbas Nilfurüşanın öldürüldüyü İsrail hücumlarına cavab olaraq həyata keçirildiyi bildirilmişdi. İran dövlət televiziyası daha sonra İsrailə təxminən 200 raket atıldığını və hipersonik Fəttah-1 raketlərinin də ilk dəfə istifadə olunduğunu açıqlamışdı. Raketlərin atılması ilə əlaqədar olaraq Tel Avivin başda olmaqla ölkə üzrə hava hücumu siqnalı verildi. İsrail Baş naziri Benyamin Netanyahu, videomüraciətlə yayımlanan açıqlamasında raket hücumunun İran tərəfindən "böyük bir səhv" olduğunu və bunun "qiymətini ödəyəcəyini" bildirmişdi. İsraildə yerləşən Yedioth Ahronot qəzetinin İsrail Vergi İdarəsinin məlumatlarına istinadən verdiyi xəbərə görə, İran hücumu İsraildə 150-200 milyon şekellik ziyana səbəb olub. İranın bu hücumu, aprel ayında İsrailə raket və dronlarla həyata keçirdiyi hücumdan sonra ikinci hücumu idi.

Paylaş: