🎉 Son Yeniliklər: Yeni dizaynımızı istifadəyə verdik.

Axtar

Məşhur kanallar

Son Xeberler
Son Xeberler
9 abunə
Bugun.az
Bugun.az
8 abunə
Anar Türkeş
Anar Türkeş
6 abunə
SON Xəbər
SON Xəbər
4 abunə

İrəvanda parlament binasına polis karvanı cəlb olundu

26.02.2021 11:43 497 baxış sayı 2 dəq. oxuma
İrəvanda parlament binasına polis karvanı cəlb olundu

Polis avtobuslarından ibarət karvan İrəvanın mərkəzindəki parlament binasına cəlb olunub.

Ermənistan parlamentində bu gün ölkədəki vəziyyətin müzakirəsi məqsədilə iclas keçiriləcək. Eyni zamanda müxalifət tərəfdarları Bağramyan prospektində salınan çadır düşərgəsinin ətrafına toplaşıblar.

Vəziyyətə polis tərəfindən nəzarət olunur. Parlament binasının ətrafı polis qüvvələri tərəfindən mühasirəyə alınıb. Binanın ətrafına cəlb olunan xüsusi avtobus karvanında əlavə polis qüvvələrinin olduğu bildirilib.

Qeyd edək ki, Baş nazir Nikol Paşinyanın Rusiyanın “İskəndər” raketləri barədə açıqlamaları ölkədə siyasi böhranın dərinləşməsinə səbəb olub. Ermənistanın Baş Qərargah rəis müavini Paşinyanın sözügedən açıqlamasını lağa qoyduğu üçün istefaya göndərilib. Ardından Baş nazir tərəfindən Baş Qərargah rəisinin istefası təklif edilib. Ötən gün isə Ermənistan Silahlı Qüvvələri Paşinyanın özünün istefasını tələb edən bir bəyanat yayıb. Paşinyan həmin bəyanatı çevriliş cəhdi kimi qiymətləndirərək tərəfdarlarını küçələrə çıxmağa çağırıb. Eyni zamanda müxalif qüvvələr də Azadlıq meydanı və parlament binası yaxınlığında etirazlara başlayıblar.

Paylaş: