Bu barədə AMEA-nın yanvarın 8-də keçirilən iclasında qərar qəbul edilib.
Belə ki, akademiklər İsa Həbibbəyli və İbrahim Quliyev AMEA-nın birinci vitse-prezidenti vəzifəsindən azad edilib. Onlar AMEA-nın vitse-prezidenti vəzifəsinə seçiliblər.
Akademik Dilqəm Tağıyev AMEA-nın birinci vitse-prezidenti seçilib.
Eyni zamanda akademik Vaqif Fərzəliyev AMEA-nın Kimya Elmləri Bölməsinin Elmi Şurasının sədri seçilib.